Sosial

DİM sədri: Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək

DİM sədri: Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək

Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur.

Demokrat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəziİdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu imtahanhələlik kağız variantda keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək:

"Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra bu imtahan əsasında Azərbaycan dili üzrə sertifikatlar verəcək. Hələ ki, bu imtahanın pulsuz olduğu dövrdə hər bir müəllimi, alimi, mütəxəssisləri imtahandan keçməyə çağırırıq".

NE
Nihadə Eyyubova