Hadisə

Xaçmazda yük avtomobilləri toqquşub, yaralanan var

Xaçmazda yük avtomobilləri toqquşub, yaralanan var

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Ağçay üzərindəki körpünün yaxınlığında "Kamaz" markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.

Qəza zamanı "Qazel" markalı avtomobil aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda fakt araşdırılır.(APA)

NE
Nihadə Eyyubova