Siyasət

Azərbaycanın D-8 təşkilatına üzvlüyü nə vəd edir? — AÇIQLAMA

Azərbaycanın D-8 təşkilatına üzvlüyü nə vəd edir? — AÇIQLAMA

“D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 8 müsəlman dövlətlərini birləşdirir. Təşkilata Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan daxildir və Azərbaycan da bu təşkilatın üzvüdür. D-8 təşkilatı 1996-cı ildə İstanbulda təşkil edilib, amma rəsmən 1997-ci ildə elan olunub. Baş nazir Əli Əsədovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti bu təşkilatın iclasında iştirak edib və Azərbaycan D-8-ə qəbul olub”.

Bunu keçmiş millət vəkili, iqtisadçı Vahid ƏhmədovMetbuat.az-a açıqlamasında Azərbaycanın D-8-ə üzvlüyündən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata üzv olması bir çox müsbət nəticələrə gətirib çıxara bilər:

“Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayan bir ölkədir və mədəni, dini və sivilizasiya baxımından əhəmiyyətli bir mərkəzdir. Buna görə də D-8-ə üzv olmaq İslam həmrəyliyinin gücləndirilməsinə, İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizəyə böyük töhfə verə bilər. Bundan başqa, bu təşkilat iqtisadi cəhətdən də çox vacibdir. D-8 çərçivəsində regionda təhlükəsizlik, sabitlik, rifah və faydalı əməkdaşlığın formalaşması təmin oluna bilər. Eyni zamanda iqtisadi əlaqələr, ticarət, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq daha da inkişaf edə bilər”.

Azərbaycanın D-8 təşkilatına üzvlüyü nə vəd edir? — AÇIQLAMA

V.Əhmədov qeyd edib ki, Azərbaycanın D-8-ə üzv olması iqtisadi-siyasi sahədə, eləcə də İslam dünyasında ölkənin rolunu artıracaq:

“Çünki bu təşkilata daxil olan səkkiz dövlət, Azərbaycan da daxil olmaqla dünya müsəlmanlarının təxminən 60 faizini təşkil edir. Azərbaycanın D-8 təşkilatına üzv olması ölkənin xarici siyasətinin uğurlu nəticəsidir və bu, Prezidentin apardığı siyasətin göstəricisidir”.

NE
Nihadə Eyyubova