Gündəm

Qarlı havaya görə 15 nəfər xəsarət aldı — 2-si əməliyyat olundu (RƏSMİ)

Qarlı havaya görə 15 nəfər xəsarət aldı — 2-si əməliyyat olundu (RƏSMİ)

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Bu barədə Demokrat.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 2 nəfərə cərrahi müalicə tətbiq olunub.

NE
Nihadə Eyyubova