İkinci Dünya Müharibəsi bəşər tarxinin ən ağır hərbi konflikti olub. Müharibənin əsas arenası Avropa və Sakit okean hövzəsi olsa da, diqqətdən kənar qalan köməkçi cəbhələr də olub.
Lent.azbu dəfəİkinci Dünya Müharibəsinin azdanışılan epozidundan, İtaliyanın Britaniyanın təsiri altında olan Bəhreyni bombalamasındanməlumat verəcək.

Hələ 1871-ci ildəBritaniya İmperiyası Bəhreyn üzərindəprotektorat qurmuşdu. Onun şərtlərinə görə Bəhreyn şeyxi ölkənin müstəqil xarici siyasətindən Böyük Britaniyanın xeyrinə imtina edir və bunun müqabilində tam hərbi müdafiəalırdı. 1932-ci ildə Bəhreyndəböyük neft yataqları kəşf edildi və tezlikləonun ixracı başladı, Amerika şirkətləri neft hasilatında fəal iştirak etdilər. 1935-ci ildən bəri Britaniyanın ilk daimi hərbi bazası Bəhreyndə qərarlaşdı. Bir sözlə, Britaniya körfəz regionunda müstəmləkəimperiyasınınəsas qalası kimi Bəhreyni görürdü.
1940-cı il iyunun 10-da İtaliya Krallığı Fransa və Böyük Britaniyaya müharibəelan etdi. İtaliya aviasiyasında kifayət qədər strateji bombardmançı yox idi, ona görə də risk etmək: arsenalında olan bir neçə nəqliyyat təyyarəsini adi bombardmançılarınəlçatmaz olan hədəfləri vura bilən təyyarələrə çevirmək qərarı alındı.

Bu təyyarələr SM 82 adlanırdı vəİtaliya Hərbi Hava Qüvvələrinin potensial imkanlarını nümayiş etdirmək üçün körfəzdəki Manama şəhərində (Bəhreyn) Britaniya neft emalı zavodlarını bombalamaq qərara alındı. Bu Rodos adasından Bəhreynə uzanan və ümumi məsafəsi 4200 kilometrdən çox olan uzun və çətin bir missiya idi. Bombardmandan sonra onlar Qırmızı dənizə vəİtaliya Eritreyasına çatmaq üçün geniş və demək olar ki, yaşayış olmayan Ərəbistan səhrası üzərindən uçaraq cənub-qərb istiqamətinə dönməli idilər.
Oktyabrın 18-də saat 17:10-da adi və əlavə çənlər doldurulduqdan sonra 15, 20 və50 kiloqram olan yandırıcı vəpartlayıcı bombalar təyyarələrə yükləndi. Təyyarələr daha sonra aerodromdan havaya qalxaraq, gizliliyi təmin etmək üçün radiolarını söndürdülər və təxminən saat 3-dəbombardmançılar hədəflərinə - Bəhreyn neft emalı zavodlarına çatdılar. Hücum nəticəsindəiki neft emalı zavoduna ciddi ziyan dəydi və bir neçəneft quyusu yandırıldı.
Pilotlar ilk partlayışların parıltısını görən kimi italyan təyyarələri nəzarətləri altında olan Afrikadakı Eritreyaya doğru istiqamət götürdülər vəorada saat 8:40-da eniş etdilər. Yolda Səudiyyə Ərəbistanındakı Dhahran neft zavodunu da vurdular, lakin böyük ziyan vura bilmədilər. Hətta belə bir versiya da var ki, hücum təsadüfi olub. İtaliya qüvvələri 4200 kilometr məsafəni cəmi 15 saat 30 dəqiqəyə qət edərək, o zaman tarixdə ən uzun bombardman rekordunu qırdı. Hava hücumu zamanı onlar heç bir itkivermədi.

Bəhreynə hava hücumu ingilislər üçün tamamiləsürpriz oldu. İtaliya bombardmançılarının bu qədər uzun məsafəni qət edə biləcəyini heç kim təsəvvür edə bilməzdi. Vəİtaliya aviasiyasının Bəhreynə hücumu, əlbəttəki, faşist təbliğatındaşişirdildi.Yerli hakimiyyət və media bu kiçik əməliyyatıqüdrətli İtaliyaHərbi Hava Qüvvələrinin böyük bir qələbəsiadlandırırdı.


