Dünya

Avtobusda öldü, 8 saat sonra xəbər tutdular

Avtobusda öldü, 8 saat sonra xəbər tutdular

Türkiyənin Kayseri şəhərindən Bursaya gedən sərnişin avtobusunda 81 yaşlı sərnişin ölü tapılıb.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, Enver Ekiz adlı şəxsin öldüyünün səyahət boyu (8 saat ərzində) heç kim fərqinə varmayıb.

Sürücü və digər sərnişinlər onun yatdığını düşünüblər.

Sərnişinin öldüyü Bursa Avtovağzalına çatdıqda məlum olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

NE
Nihadə Eyyubova