Sosial

AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib — YENİLƏNİB

AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib — YENİLƏNİB

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.

Bu barədə Demokrat.az Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL-a istinadən xəbər verir.

Məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

"Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - AZAL-dan bildirilib.

*** 10:35

Naxçıvan-Bakı reysində yubanma var.

Demokrat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.

Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir. (Apa)

D
demokrat.az