Hadisə

Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var

Bakının Nizami rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Nəbiyev Nicat Firidun oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova