Turizm

Azərbaycanlı turistlər xaricdə ən çox nəyə pul xərcləyirlər? — SİYAHI

Azərbaycanlı turistlər xaricdə ən çox nəyə pul xərcləyirlər? — SİYAHI

Xəbər verdiyimz kimi, ötən il turist kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 365 min 589 nəfər olub.

Demokrat.az xəbər verir ki, turizm məqəsdi ilə xaricə gedən Azərbaycan vətəndaşları bir il ərzində ümumilikdə 2 milyard 219 milyon 10,5 min manat pul xərcləyiblər. Qeyd edək ki, ötən il azərbaycanlı turistlər xaricə gedəndə xərcləmələri aşağıdakı kimi olub:

Nəqliyyat xərcləri – 767,5 milyon manat;

Yerləşmə xərcləri – 518,6 milyon manat;

Qidalanma xərcləri – 433,4 milyon manat;

Malların və hədiyyələrin alınması – 380,2 milyon manat;

Turizm zərflərinin alınması xərcləri – 67,9 milyon manat;

İdman və əyləncə xərcləri – 11,9 milyon manat;

Mədəniyyət xərcləri – 8,5 milyon manat;

Nəqliyyat vasitələrinin icarəyə götürülməsi – 3,9 milyon manat.

NE
Nihadə Eyyubova