Hadisə

Bakıda KİA yük maşını ilə toqquşdu — VİDEO

Bakıda KİA yük maşını ilə toqquşdu — VİDEO

Bakıda Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Ramana qəsəbəsində Yod zavodunun yaxınlığında qeydə alınıb.

Qəza zamanı "KİA" markalı avtomobil yük maşını ilə toqquşub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

NE
Nihadə Eyyubova