Gündəm

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Demokrat.azhəmin gənclər haqqında məlumatları təqdim edir:

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

2025-ci il Gənclər üçün Prezident mükafatını qazanan yeganə tələbəADA Universitetinin tələbəsiNihat Abdullayevdir.Nihat Abdullayev Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey kompleksinin məzunudur. O, ADA universitetinin tələbəsidir. Nihat süni intellekt əsaslı “SamSam” startapı ilə dünyanın ən böyük startap müsabiqələrindən olan “Startap World Cup”da yarışmaq haqqı qazanıb. “Samsam” ABŞ-dəki final mərhələdə seçiləcək qalibinə 1.000.000 dollarlıq mükafat təqdim edən bu nüfuzlu müsabiqədə ölkəni təmsil edən ən yaxşı 5 startapdan biri kimi yarışıb. “SamSam” uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan və süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Ləman ƏliyevaPrezident İlham Əliyevin sərəncamı ilə innovasiya və sahibkarlıq üzrə uğurlarına görə “2025-ci il Gənclər üçün Prezident mükafatı” ilə təltif edilib. O, Nicat Abdullayevlə birgə ADA Universitetinin tələbəsidir.Onlar bu xoş xəbəri Türkiyədə startap layihələrini təqdim edərkən alıblar.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan gənclərsırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzininyetirməsi olan kamança ifaçısı, görmə məhdudiyyətli ikinci dərəcə əlilliyi olan şəxsİsrafilova Fatimə Seymur qızıda var. Hazırda MərkəzinMusiqi yaradıcılığı departamentində təlimçi vəzifəsində çalışan F.İsrafilova Əlilliyi olan Şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qaliblərindəndir. O, Almaniya, Türkiyə, İsrail və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə də birincilik qazanıb.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

2019-cu ildən“Regional İnkişaf” İctimai Birliyində çalışanAytac Əjdərlidə təltif olunan gənclər sırasındadır. O,Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. Magistr təhsilini Bakı Mühəndislik Universitetdə alıb.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Jalə Muradovada Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O da Aytac Əjdərli iləbirlikdə RİİB-də fəaliyyət göstərir. Jalənin çoxsaylı COP29 könüllülərinin idarə olunmasında xüsusi rolu olmuşdur.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimiŞövkət Məhərrəmovada var. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirənVüqar Məmmədzadəbəstəkardır.1996-cı ildə Bakıda anadan olub. Vətən müharibəsində könüllü iştirak edib və bir sıra medallarla təltif olunub.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Bakı Dövlət Universitetin tarix fakültəsinin məzunu olanMircavid AğalarovAMEA Milli Azərbaycan Tarixi Muzeyində çalışır, Arxeologiya elmi fond şöbəsinin əməkdaşıdır. Orta məktəbi Salyanda bitirən Mircavid Azərbaycan Universitetində müəllim kimi də fəaliyyət göstərib.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

İdarəetmə Sistemləri İnstitutunun gənc alimi -Rüstəm ƏzimovdaPrezident mükafatına layiq görülüb.Əzimov Rüstəm Bakir oğlu 1999-cu il mayın 26-da İmişli şəhərində anadan olub. 2016-cı ildə Bakı şəhəri E.Cəlilov adına 272 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirib. O, 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirdiyi “Biznesin idarə olunması sahəsində bakalavrların hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi” üzrə tədris proqramının “Sistem mühəndisliyi” ixtisası üzrə bakalvr ali peşə-ixtisas dərəcəsini bitirib. 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunda “Kompüter elmləri” ixtisasında “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuş, 2022-ci ildə Fərqlənmə diplomu ilə bitirmişdir. R.Əzimov 2020-ci ildən etibarən institutun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasında böyük laborant və kiçik elmi işçi vəzifələrində çalışıb. Hazırda həmin laboratoriyada elmi işçi vəzifəsində işləyir. O, İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavinidir.

Prezidentin mükafat verdiyi gənclər — FOTOLAR

Rafael Siyavuş oğlu HacıbəyliAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədridir. Bakı Avropa Liseyini bitirən R.HacıbəyliADA Universitetinin məzunudur. (Unikal.org)

NE
Nihadə Eyyubova