Gündəm

Vəziyyəti ağır olduğu deyilən Ailadan xəbər var

Vəziyyəti ağır olduğu deyilən Ailadan xəbər var

"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".

Demokrat.az bildirir ki, bu fikirləriOxu.Az-a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseriAytən Əliyevadeyib.

O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:

"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.

NE
Nihadə Eyyubova