Gündəm

MSK saat 17:00-a olan seçici fəallığını AÇIQLADI

MSK saat 17:00-a olan seçici fəallığını AÇIQLADI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər 1 milyon 715 min 291 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 28,77 faiz olub.

NE
Nihadə Eyyubova