Nəsillər arasında olan bir çox fərq onların seçiminə, baş verən proseslərə yanaşmasında özünü göstərir. Bu səbəbdən nəsillər bir-birini qəbul etmək istəmir və aralarında böhranlar yaranır. Bu böhranların yaranmasının əsas səbəblərindən biri də, fərqli nəsillərin siyasətə olan yanaşması ilə əlaqəlidir. Belə ki, siyasi görüşləri artıq tam formalaşan “Z” nəsli astrologiyaya ən maraqlı toplum olduqlarından bu inanc onların siyasi düşüncələrinin formalaşmasından da yan keçməyib.
Maraqlıdır, Azərbaycanda siyasətçilər - məmurlar hansı bürcdəndir?
Modern.az-ın əməkdaşı bu dəfə nazirlərin bürclərini araşdırıb. Siyahını təqdim edirik
Baş naziri Əli Əsədov - Oxatan Daxili işlər naziri Vilayət Eyvazov – Xərçəng Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev – Tərəzi Elm və təhsil naziri Emin Əmrullayev - Oğlaq Energetika naziri Pərviz Şahbazov - Oxatan Ədliyyə naziri Fərid Əhmədov – Xərçəng Fövqəladə hallar naziri Kəmaləddin Heydərov – Xərçəng Gənclər və idman naziri Fərid Qayıbov - Buğa Xarici işlər naziri Ceyhun Bayramov – Xərçəng İqtisadiyyat naziri Mikayıl Cabbarov – Qız Kənd təsərrüfatı naziri Məcnun Məmmədov – Qız Mədəniyyət naziri Adil Kərimli – Tərəzi Müdafiə naziri Zakir Həsənov - Əkizlər Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev - Qız Səhiyyə naziri Teymur Musayev – Qız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova - Balıqlar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – Xərçəng Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov - Dolça Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov - Oğlaq Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov - Oğlaq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev - Oğlaq Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev – Xərçəng Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – Əkizlər Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov – Balıqlar
Beləliklə, Xərçəng bürcü altında doğulan nazirlər daha çoxdur. Qoç, Şir və Əqrəb bürcündə doğulan nazirimiz isə yoxdur.


