Dünya Özəl

Ukraynada SSRİ ilə bağlı 200-dən çox obyektin adı dəyişdiriləcək

Ukraynada SSRİ ilə bağlı 200-dən çox obyektin adı dəyişdiriləcək

Ukraynada adları SSRİ ilə bağlı olan 200 obyektin adı dəyişdiriləcək.

Demokrat.az xəbər verir ki, Ukrayna hökuməti adlarının dəyişdirilməsi üçün SSRİ və Rusiya Federasiyası ilə bağlı olan iki yüzdən çox obyektin siyahısını hazırlayıb.

Bu barədə Ukrayna Ali Radasının deputatı AlekseyQonçarenko məlumat verib.

Sənəddə parkların, dağ silsilələrinin, adaların və digər coğrafi obyektlərin adları yer alıb. Xüsusilə, Dnepropetrovsk vilayətindəki Lenin Memorial palıdının adının Kazak palıdı, Çkalov sanatoriya parkının isə Fransız parkı olması planlaşdırılır.

Qonçarenkonun sözlərinə görə, sovet və rus reallığı ilə əlaqəsi olan bütün adlar dəyişdiriləcək. Məsələn, QırmızıçəmənliklərYaşıl çəmənliklərə çevriləcək.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova