Hollivud ulduzu Cennifer Qarnerin yaxın dostu Los-Ancelesdəki meşə yanğınlarında ölüb.
Demokrat.az xəbər verir ki, aktrisa bu barədə "MSNBC"yə danışıb. O gözyaşları içində ən yaxının dostunun yanğınlarda həyatını itirdiyini bildirib:
"Bir dostumu itirdim. O vaxtında yanğından xilas ola bilmədi" - deyə, Qarner vurğulayıb.
Aktrisa Palisades ərazisində yanğından əziyyət çəkənlərə maddi dəstək göstərəcəyini bildirib. Qarner 25 ildir ki, bu ərazidə yaşayır. Yanan evlər arasında onun da lüks malikanəsi var.(baku.ws)



