Gündəm

Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını açıqladı

Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını açıqladı

Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2024-cü ilin ən yaxşılarını açıqlayıb.

Demokrat.az “Report”a istinadənxəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova ilin ən yaxşı qadın, cüdoçu Hidayət Heydərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüb.

2024-cü ilin Ədalətli oyun (“Fair Play”) mükafatçısı:

1. Qaşım Maqomedov (Taekvondo) 2. Leyla Abidinova (Atletika) 3. Nərmin Şərifova (Badminton )

2024-cü ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi (UGİM):

1. Futbol Akademiyası 2. Respublika Olimpiya Ehtiyatları Uşaq Gənclər Velospied Məktəbi 3. Masallı (UGİM)

2024-cü ilin idman mövzusunda ən yaxşı videoçarxı:

1. “Bir də gəlsəm” (Azərbaycan Cüdo Federasiyası) 2. “Doğru hədəfə yönəl” (ATV) 3. “Güləşçilərin musiqi testi” (Azərbaycan Güləş Federasiyası)

2024-cü ilin ən yaxşı idman fotoqrafı:

1. Zaur Mustafayev (Trend) 2. Nadejda Cavad 3. İslam Atakişiyev (İdman.Biz) 2024-cü ilin ən yaxşı media idman qurumu: 1. CBC Sport 2. AZƏRTAC 3. İdman.Biz

2024-cü ilin ən yaxşı idman jurnalisti:

1. Elmir Əliyev (Haqqın.Az) 2. Kənan Hakimov (İTV) 3. Nazilə Əhmədova (Real TV)

2024-cü ilin ən yaxşı idman klubu:

1. “Ocaqspor” İdman Klubu 2. “Neftçi” İdman Klubu 3. “Volan” Badminton klubu

2024-cü ilin ən yaxşı idman qurğusu:

1. Milli Gimnastika Arenası 2. Bakı Su İdman Sarayı 3. “Kür” Olimpiya İdman-Tədris Mərkəzi 2024-cü ilin ən yaxşı Olimpiya idman kompleksi: 1. Quba Olimpiya İdman Kompleksi 2. Goranboy Olimpiya İdman Kompleksi 3. Ağdaş Olimpiya İdman Kompleksi

NE
Nihadə Eyyubova