Şou-biznes

Kərim toyda dalaşdığı şəxslərlə barışdı

Kərim toyda dalaşdığı şəxslərlə barışdı

Müğənni Kərim Abasov ötən ilin sentyabrındaiştirak etdiyi məclislərin birindəfonoqram oxuduğu üçündalaşdığı şəxslərlə barışıb.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı"Rəngarəng" verilişində danışıb.

"O söhbət bağlandı, barışıq oldu. Gəldilər və danışdıq,razılıq əldə olundu. Elə kəlimələr var ki, onlar mənə yaraşmır. Dava ola bilər, bir nəfərə təpik, birinə də yumruq dəyə bilər. Amma döyülmək məsələsi olmayıb və ola da bilməz" deyə, sənətçi bildirib.

Qeyd edək ki, Kərim ötən il verilişlərin birindəhəmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi. O, bunun səbəbini isə belə izah etmişdi: "Baxmayaraq ki,toyda istifadə etdiyim qulaq cihazı və səs aparatımqırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onlarınhəbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm".

NE
Nihadə Eyyubova