Hadisə

Salyanda yol qəzası: Ölən və xəsarət alan var

Salyanda yol qəzası: Ölən və xəsarət alan var

Salyanda yol qəzası olub, bir nəfər ölüb, daha biri xəsarət alıb.

Demokrat.az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Yol qəzası zamanı Lənkəran rayon sakini, 1960-cı il təvəllüdlü Kərimov Hüseynağa Kişi oğlu və Lerik rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Etibar Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanası çatdırılarkən H.Kərimov yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova