Dünya Özəl

PSJ Mbappeyə 55 milyon avro borcuna görə sanksiyalara məruz qala bilər

PSJ Mbappeyə 55 milyon avro borcuna görə sanksiyalara məruz qala bilər

UEFA Mbappeyə 55 milyon avro borcuna görə PSJ-yə sanksiya tətbiq edə bilər.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransanın PSJ klubuna komandanın keçmiş hücumçusu KilianMbappeyəolan borcuna görə sanksiya tətbiq edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə L'Equipeməlumat yayıb.

25 oktyabr 2024-cü ildəFransaPeşəkar Futbol Liqası Mbappenin ödənilməmiş 55 milyon avro maaşı və bonusları ilə bağlı PSJ-nin müraciətini rədd edib.

Bildirilir ki, klub Fransa Futbol Federasiyası, Milli Olimpiya Komitəsi və ya əmək məhkəməsi ilə mübahisəni davam etdirə bilər.

Dekabrın 20-də Mbappenin vəkilləri Fransa Futbol Federasiyasının ən yüksək apellyasiya komissiyasına PSJ-yə sanksiya tətbiq edilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.

Bu iş üzrə dinləmələrin hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova