Hadisə

Masallıda kafedə yanğın olub

Masallıda kafedə yanğın olub

Masallı şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində sahəsi 180 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 105 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

NE
Nihadə Eyyubova