Səma həvəskarları bu axşam Ay və Veneranın təsirli yaxınlaşmasının şahidi olublar.
Demokrat.az"Unikal"-a istinadənxəbər verir ki, astronomik olaraq "planetlərin qovuşması" adlanan bu hadisə Ayaypara fazasında olanda baş verib.Venera həm də "Axşam Ulduzu" kimi tanındığından, bu vizual ziyafət çoxlarını valeh edib.
Sosial şəbəkələrdə Azərbaycanın da müxtəlif bölgələrindənAy və Veneranın eyni çərçivədə çəkilmiş fotoları paylaşılıb.
Qeyd edək ki, növbəti Ay-Venera yaxınlaşması sentyabrın 19-da olacaq.






