Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, bu haqda Tolik özü məlumat yazıb. O bildirib ki, tanımadığı şəxs onun adından dostlarına yazıb, pul istəyir:
"Xatirə islam, Afət Fərmanqızı, Elit Star Cəmiləyə mənim adımdan mesaj yazır ki, Avropadayam və kartım işləmir, 100-150 manat göndərin. Belə nömrələrə inanmayın. Bakıya gələn kimi şikayət edəcəyəm, polis tapsın. Bunu araşdırmaq lazımdır".
Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubərİsgəndərlinin, rəqqasəRənaAğamuradova (Renka), aparıcıMətanət Əliverdiyeva,İlkinHəsəni,aktrisa Pərvin Abıyevanın da başına bənzərhadisəgəlib.


