Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevı zəng edərək, AZAL-ın Bakı-Qroznı reysi üzrə uçan təyyarəsinin Çeçenistan səmasında vurulmasına görə üzrxhalıq edib. Telefon söhbəti ilə bağlı yayılan rəsmi məlumatdan da aydın olur ki, Rusiya mülki təyyarənin vurulmasını qəbul edir. Putin “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Tərəflər günahkarların cəzalandırılmasını da müzakirə edib. Rusiya Federasiyasının İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açıb.
Beləliklə, Rusiyadan gözlənilən üzrxhalıq gəldi. Əslində Rusiyanın baş vermiş hadisəyə görə üzr istəməsinin arxasında Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin atdığı addımların olduğu aydın görünür. 
İndi atılacaq növbəti addım günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsidir. Azərbaycan tərəfi Rusiyadan bunu gözləyir.
Vaqif Hüseynli Demokrat.az


