Azərbaycanda 2023-cü ildə 2 651,3 min dekalitr üzüm şərabının istehsal ediləcək ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 56,4% çoxdur.
"APA-Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 1 695,4 min dekalitr üzüm şərabının istehsalı gözlənilir.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə Azərbaycanda 2 027,9 min dekalitr, 2021-ci ildə – 2 189,3 min dekalitr, 2022-ci ildə isə 2 376,2 min dekalitr üzüm şərabının istehsalı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə ölkədə 1 500,3 min dekalitr üzüm şərabı istehsal edilib.
Ümumiyyətlə Azərbaycanda 2023-cü il üçün bir sıra spirtli və spirtsiz içkilər üzrə artım proqnozlaşdırılır.
Azərbaycanda içkilərin istehsalı dinamikası:
| İçki istehsalı (min dkl.) | 2018-ci il | 2019-cu il | 2020-ci il | 2021-ci il | 2022-ci il | 2023-cü il |
| Şampan şərabı | 3,1 | 3,6 | 5,7 | 8,4 | 11,7 | 14,9 |
| Araq | 860,1 | 1 613 | 1 634 | 1 655,4 | 1 677,3 | 1 701,8 |
| Üzüm şərabı | 1 500,3 | 1 695,4 | 2 027,9 | 2 189,3 | 2 376,2 | 2 651,3 |
| Pivə | 4 662,9 | 5 101,5 | 5 318,4 | 5 591,8 | 5 929,8 | 6 327,6 |
| Brendi (konyak) | 16,5 | 22,6 | 31,4 | 36,4 | 42,6 | 52,5 |
| Alkoqolsuz içkilər | 23 757,4 | 27 660,3 | 28 836,4 | 30 318,3 | 32 150,9 | 34 307,9 |


