Gündəm

Qəzada ölənlərdən biri İTV-nin sabiq əməkdaşıdır

Qəzada ölənlərdən biri İTV-nin sabiq əməkdaşıdır

Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub.

Demokrat.az lent.az-a istinadən xəbər verir ki, İTV-nin keçmiş rejissoru Könül Əlizadə də qəzaya uğrayan təyyarədə olub.

Qəza nəticəsində o həlak olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.

NE
Nihadə Eyyubova