Dünya

ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq — Putin

ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq — Putin

Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.

Demokrat.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib.

Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".

D
demokrat.az