Hərbi

Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib — FOTOLAR

Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib — FOTOLAR

Dünyanın bir çox qabaqcıl hərbi akademiyalarında təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük nailiyyətlərə imza atmağa davam edirlər.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq hərbi təcrübənin mənimsənilməsi, peşəkar kadr heyətinin bilik və bacarıqlarının daha təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçularımız inkişaf etmiş ölkələrin müasir təhsil müəssisələrində müxtəlif kurslara cəlb olunur.

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən "Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub.

Hərbi qulluqçumuz təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib — FOTOLAR
Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib — FOTOLAR

NE
Nihadə Eyyubova