Gündəm

72 yaşlı Xalq artisti yenidən sədr seçildi

72 yaşlı Xalq artisti yenidən sədr seçildi

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti 10-cu qurultayı baş tutub.

Tədbirdə İttifaqın idarə heyəti və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Daha sonra sədrlik üçün səsvermə keçirilib. ABİ-yə rəhbər yenidən Xalq artisti Firəngiz Əlizadə seçilib. O, daha 5 il müddətinə İttifaqa rəhbərlik edəcək.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti 12 ildir ki, sözügedən qurumun sədridir.(Qafqazinfo)

D
demokrat.az