Hadisə

Bakıda hüquq müdafiəçisini maşın vurdu

Bakıda hüquq müdafiəçisini maşın vurdu

Bu gün axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

Demokrat.az xəbər verir ki, bu barədə Oktay Gülalıyevin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, hadisə metronun 28 May stansiyasının yaxınlığında baş verib. Oqtay Gülalıyev Səməd Vurğun bağının yanında yolu keçərkən piyada keçidinin üstündəvurulub.

Daha sonra hüquq müdafiəçisi sürücü tərəfindən 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

Hazırda reanimasiyada olan Oqtay Gülalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

D
demokrat.az