Qərb onilliklərdir ki, Ukrayna ilə bağlı iqtisadi və hərbi planlarını qurur.
Demokrat.az xəbər verir ki, bu barədəMyśl Polska jurnalisti Edvard Karolçuk özməqaləsində yazıb.
Onun sözlərinə görə, Ukraynada problemlər Sovet İttifaqının dağıldığını elan edəndən dərhal sonra başlayıb.
Jurnalist deyir ki, orada oliqarxiya formalaşıb. Onların bəziləri Qərblə əlaqələri dərinləşdirməyə çalışırdı.
O, əlavə edib ki, ölkə Qərb kapitalı üçün sadəcə “qəlyanaltı” idi:
“Qərbin xəyal etdiyi əsas yemək hələ də Rusiya və onun saysız-hesabsız təbii sərvətləridir”.
Noyabrda “The New York Times” Vladimir Zelenskininölkəsinin trilyonlarla ABŞ dolları dəyərində mineral ehtiyatlarını sata biləcəyiniyazmışdı.
Əfsanə Kamal Demokrat.az


