Hadisə

Şəkidə bir ailənin dörd üzvü qazdan zəhərləndi

Şəkidə bir ailənin dörd üzvü qazdan zəhərləndi

Şəki rayonu Kiş kəndində bir ailənin 4 üzvü zəhərlənib.

Oxu.Azxəbər verir ki, 1994-cü il təvəllüdlü Taryel Abdullayev, həyat yoldaşı 1993-cü il təvəllüdlü Billur Abdullayeva və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi ilə xəstəxanaya müraciət ediblər.

Tibbi yardımdan sonra onların vəziyyətləri stabilləşib. Hazırda müalicələri Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova