Azərbaycanda çörək istehsalçısı olan "Platek Pact" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinə xitam verilib.
Demokrat.az iqtisadiyyat.az-aistinadən xəbər verir ki,buna səbəb şirkətin "ATS Food" MMC-yə qoşulmasıdır.
Məlumata görə, "ATS Food" isə qoşulmanəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki,"Platek Pact"ın Şəmkir şəhərində "Nəfis çörək" zavodu fəaliyyət göstərir.2013-cü ildə yaradılan çörək istehsalı şirkəti18 230 535 manatnizamnamə kapitalına malikdir."ATS Food" MMC isə 2022-ci ildə yaradılıb və şirkətin nizamnamə kapitalının həcmi58 401 000 manatdır. Hər iki şirkətin qanuni təmsilçisi MMC-lərin baş direktoruHacıyev Tural Elxan oğludur.


