Hadisə

Daşkəsəndə qadın övladlarına bıçaqla xəsarət yetirdi

Daşkəsəndə qadın övladlarına bıçaqla xəsarət yetirdi

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.

Rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır. (APA)

D
demokrat.az