Bakı Nəqliyyat Agentliyi (BNA) taksi minik avtomobilləri üçün duracaqların təşkili işlərini sürətləndirib.
Demokrat.az xəbər verir ki, bu barədə Lent.az -a BNA-dan məlumat verilib. Bildirilib ki, bu həftə ərzində 12 küçə və prospektdə duracaqlar təşkil edilib. Qeyd edilib ki, bu işlər davamlı həyata keçiriləcək.


