Sosial

Bu yollarda tıxac var — Siyahı

Bu yollarda tıxac var — Siyahı

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

2. "20 Yanvar" dairəsində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

NE
Nihadə Eyyubova