İdman

Millimiz FİFA reytinqində iki pillə gerilədi

Millimiz FİFA reytinqində iki pillə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Demokrat.azxəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Azərbaycan millisi 1189 xalla 111-ci pillədə qərarlaşıb.

Azərbaycan millisi reytinq cədvəlində Tayland, Hindistan, Mavritaniya, Uqanda, Bəhreyn kimi yığmalardan geri qalır.

Reytinq cədvəlinə 1755 xalla Belçika milli komandası başçılıq edir. 2-ci sırada 1726 xalla Fransa, 3-cü yerdə isə 1715 xalla Braziliya yığmasıdır.

Azərbaycan millisinin AÇ-2020-dəki rəqiblərindən Xorvatiya 1631 xalla 7-ci, Uels 1524 xalla 24-cü, Slovakiya 1493 xalla 31-ci, Macarıstan isə 1429 xalla 50-ci sıradadır.

Türkiyə milli komandası isə 1490 xalla 32-ci pillədədir.

D
demokrat.az