Məlum olduğu kimi, noyabrın 11-də start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 22-dək davam edəcək. Bu müddətdə ölkəmizə dünyanın 5 qitəsindən 70 mindən artıq qonağın gələcəyi gözlənilir. Tədbirin ilk dörd günü ərzində 80-dən çox ölkənin prezidenti, vitse-prezidenti və ya baş naziri konfransın işinəqatılıb.
Sammitdə iştirak etmiş bir çox liderlər öz sosial şəbəkə hesablarında COP29, konfrans çərçivəsində keçirdiyi görüşlər və paytaxt Bakı ilə bağlı paylaşımlar ediblər.
Bizim.Media-nındünya liderlərininCOP29 haqqında paylaşımları ilə bağlı hazırladığı videosüjeti təqdim edirik:


