Dünya

"Hizbullah" ilk dəfə İsrail MN-in Baş Qərargahına hücum etdi

Hizbullah ilk dəfə İsrail MN-in Baş Qərargahına hücum etdi

Livanın "Hizbullah" hərəkatının döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki baş qərargahının ərazisinə bir qrup pilotsuz uçuş aparatı (PUA) ilə hücum ediblər.

Demokrat.az bildirir ki, bu barədə "Hizbullah" məlumat yayıb.

Qeyd olunur ki, "Hizbullah"ın üzvləri Təl-Əvivdə, həmçinin İsrail Baş Qərargahı və Hərbi Hava Qüvvələri Komandanlığının qərargahının da yerləşdiyi Hakirya bölgəsinə kamikadze dronlarla hücum ediblər.

NE
Nihadə Eyyubova