Cop29

Yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.

Demokrat.azxəbər verir ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:

- Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası; - Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi; - Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması; - Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi; - Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.

Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.

D
demokrat.az