Hadisə

MN: Hərbi hissə yaxınlığında obyektdə yanğın olub, xəsarət alan yoxdur

MN: Hərbi hissə yaxınlığında obyektdə yanğın olub, xəsarət alan yoxdur

Müdafiə Nazirliyin N hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının başqa ərazilərə keçməsinin qarşısı tezliklə alınıb və qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan yoxdur.

NE
Nihadə Eyyubova