Sosial

Bakıda bu gün 16 dərəcə isti olacaq

Bakıda bu gün 16 dərəcə isti olacaq

Bu gün hava əsasən yağmursuz keçəcək, ancaq arabir yağış gözlənilir.

Demokrat.az xəbər verir ki, Bakıda və Abşeronda gecə 5-8° isti, gündüz 12-16° isti proqnozlaşdırılır.

Respublikanın bölgələrində gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

Arabir duman müşahidə ediləcək.

NE
Nihadə Eyyubova