İqtisadiyyat

Bakıda orta aylıq əmək haqqı 8 manat 10 qəpik azalıb — RƏSMİ

Bakıda orta aylıq əmək haqqı 8 manat 10 qəpik azalıb — RƏSMİ

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 258 manat 90 qəpik olub.

Demokrat.az Bakı Şəhər Statistika İdarəsindən açıqlanan sonuncu rəsmi məlumata istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-iyul) müqayisədə 8 manat 10 qəpik azalıb.

Belə ki, bu ilin yanvar-iyul aylarında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 267 manat olub.

NE
Nihadə Eyyubova