Hadisə

Gəncədə 44 yaşlı kişi qətlə yetirildi — Saxlanılan var

Gəncədə 44 yaşlı kişi qətlə yetirildi — Saxlanılan var

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.(oxu.az)

NE
Nihadə Eyyubova