Gündəm Özəl

"Mirvari"nin ilk qonaqları jurnalistlər oldu — FOTOLAR

Mirvarinin ilk qonaqları jurnalistlər oldu — FOTOLAR

İki ildir ki, "boş" qalan Xəzərin sahili öz "Mirvari"sinə bu gün yenidən liman olub. Yerli vətəndaşların və əcnəbilərin çox sevdiyi gəmi turu bu gündən bərpa edilib.

Demokrat.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi bu gün gəmidə mediatur təşkil edib.

Beləliklə, gəminin fasilədən sonra ilk qonaqları jurnalistlər olub.

Jurnalistlərin suallarını cavablayan Əfsanə Mehdiyeva bildirib ki, qiymətlər əvvəlki illərdə müəyyən olunduğu kimi qalıb və mərtəbəyə görə dəyişiklik göstərəcək.

Hərəkətlə bağlı əsas dəyişikliklərdən biri gəminin başlanğıc yerinin dəyişməsi olub.

Mediatur çərçivəsində jurnalistlər gəmi ilə tanış olub, səmərəli vaxt keçiriblər.

Mirvarinin ilk qonaqları jurnalistlər oldu — FOTOLAR
Mirvarinin ilk qonaqları jurnalistlər oldu — FOTOLAR

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova