Hadisə

Goranboyda avtomobillər toqquşub, ana və oğlu xəsarət alıb

Goranboyda avtomobillər toqquşub, ana və oğlu xəsarət alıb

Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az report-a istinadən xəbər verir ki, Səfikürd kəndində 2 avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü M.Məmmədova və oğlu, 2001-ci il təvəllüdlü S.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova