Hadisə

Xaçmazda göbələkdən zəhərlənən ikinci qadın da öldü — YENİLƏNDİ

Xaçmazda göbələkdən zəhərlənən ikinci qadın da öldü — YENİLƏNDİ

Xaçmazda meşədən göbələk yığıb yedikdən sonra zəhərlənən rəfiqələrdən digəri də öldü.

Demokrat.azShimal.News-a istinadla bildirir ki, 47 yaşlı İ.Bayramova Bakı Kliniki Tibbi Mərkəzə çatdırılan zaman yolda vəfat edib. Onun rəfiqəsi Günel Abdullayeva isə həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumatı təsdiqləyib. Bildirilib ki, 39 yaşlı G.Abdullayeva kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, vəfat edən qadınlar Bakı şəhəri Xətai rayonunun sakinləri olublar. Onlar Seyidli kəndində bağ evlərinə gələrək göbələk yığımı ilə məşğul olublar.

Faktla bağlı araşdırma aparılır.

***09:50

Xaçmazda iki qadın göbələkdən zəhərlənib.

Demokrat.azxəbər verir ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər.

Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova