Region

Ərdoğan: "Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib"

Ərdoğan: Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib

Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213 silahlı məhv edilib.

Oxu.Az"Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra bildirib.

"Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada 470-dən çox PKK hədəfi vurulub, bu ana qədər 213 terrorçu məhv edilib", - Türkiyə lideri bəyan edib.

NE
Nihadə Eyyubova