Böyük Britaniyada Leyboristlər Partiyasından olan deputat Mayk Amesberi dostları ilə küçədə gəzərkən təhdid olunduğunu iddia edib.
Demokrat.az "Milliyet"ə istinadən xəbər verir ki, təhdid iddialarından sonra onun seçicisi ilə etdityi qızğın mübahisənin yeni təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Görüntülər hər kəsi şoka salıb.
Görüntülərdə deputatın seçicinin üzünə yumruq vurduğu görünür. Daha sonra isə yerə yıxılan kişini dəfələrlə vurur. Hadisə Çeşir şəhərində baş verib. Hadisədən sonra deputat təhdid olunduğunu bildirib.
Bu iddiadan sonra ortaya çıxan görüntülərdə o, səkidə uzanmış bir adamın üzərində dayandığı görünür. Görüntülərdə küçədə iki kişinin mübahisəsi görünsə də, deputat ilk yumruğu atana qədər qarşı tərəfdəki şəxsin heç bir aqressiya və ya fiziki təması əlaməti görünmür.
Hətta deputatın "Bir daha məni hədələməyəcəksiniz" dediyi eşidilir.
Mayk Amesberi hadisədən sonra verdiyi açıqlamada deyib: "Dünən gecə dostlarımla axşam gəzintisi zamanı küçədə təhdid olunduqdan sonra insidentlə üzləşdim. Bu səhər mən şəxsən Çeşir Polisi ilə əlaqə saxlayıb baş verənləri danışdım. Mən baş verənləri ictimaiyyət qarşısında danışmayacam, amma Çeşir Polisi tərəfindən tələb olunarsa, əlbəttə ki, hər hansı bir araşdırmada iştirak edəcəyəm. Mən Runkorn və Helsbi xalqı üçün çox çalışmaya davam edəcəyəm və cəmiyyətimiz üçün açıq və əlçatan bir millət vəkili olaraq qalmağa qərarlıyam".
Görüntülərdən sonra Leyboristlər Partiyası tərəfindən Mayk Amesbruri vəzifəsindən uzaqlaşdırılıb. Onun istefası tələb olunur. Deputatın partiyadan qovulması gözlənilir.
Jalə Demokrat.azİngiltere ⭕️
— Selim Atalay (@SelimAtalayNY) October 27, 2024
Milletvekili sokakta adam dövdü ‼️
İktidar Partisi milletvekili Mike Amesbury, gece 02 sularında bir kişi ile konuşuyor.
Sonra görülür bir neden olmadan adama vurmaya başlıyor. Ve yere düşen adama vurmayı sürdürüyor.
Mesele, Başbakan Starmer’i yoracak. https://t.co/wC8aE2bnS3


