"Azərbaycan xalqı bu gün ölkəmizi Suriyaya, Liviyaya çevirmək istəyən qüvvələrə yox deyir və onların cəmiyyəti xaosa sürükləmək cəhdələrini qətiyyətlə pisləyir".
Demokrat.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
Onun sözlərinə görə, özünü “Milli Şura” adlandıran qurum Əli Kərimlinin təhriki və fitvası ilə şəhərin mərkəzində ölkəni xaosa sürükləməyə yönəlik qanunsuz aksiya keçirilməsinə cəhd edib:
“İlk olaraq onu demək istərdim ki, Əli Kərimli bu qanunsuz əməlinə, ölkədə xaos yaratmaq cəhdinə görə qanun qarşısında cavab verməlidir. Əminəm ki, anti-Azərbaycan qüvvələrin maraqlarına xidmət edib, Azərbaycanın düşmənlərinin, sevməyən qüvvələrin dəyirmanına “su tökən”, dövlətimizin imicinə hər zaman ləkə vuran bu şəxs təxribatçı fəaliyyətinə görə layiqli cəzasını alacaq. Mən bunu bir deputat kimi yox, bir vətəndaş olaraq müvafiq dövlət qurumlarından tələb edirəm. Çünki bu insanın fəaliyətinin ana xəttini Azərbaycanın uğurlarına kölgə salıb, nüfuzuna zərbə vurmaq təşkil edib.
Nə zaman ki, ölkədə sadə insanların maraqlarına xidmət edən, onların sosial müdafiəsinin gücləndirilməsinə, sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən, yaxud da hansısa cəmiyyəti narahat edən sosial problem həll olunan və inqilabi islahatlar həyata keçirilir, o zaman bu şəxs “qulbeçə” kimi ortalığa düşür və görülən işlərə kölgə salmağa salır. Onun son günlərdə yenidən fəallaşması da yenə buna xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni islahatların mesajı verilən kimi bu şəxs fəallaşmağa başlayıb.
Cənab Prezident dəfələrlə bəyan edib ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, gəlirlər artdıqca , bu gəlirlər insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların sosial rifah halının yaxşılaşdırılmasına, ölkədəki mövcud sosial problemlərin həllinə yönəldiləcək. Necə ki, indiyədək bu istiqamətdə inqilabi addımlar atılır və bundan sonra belə addımların şahidi olacağıq. Elə son bir ilə nəzər salsaq, biz ölkədə sosial sahədə necə inqilabi islahatların həyata keçirildiyinin şahidi olmuş olarıq. Biz növbəti ildə də istər pensiya, istər əməkhaqqı, istər digər sosial müavinətlərin daha da artmasının şahidi olcağıq. Ölkə başçısı və müvafiq dövlət qurumları artıq bunun anonsunu veriblər. Belə bir məqamda isə Azərbaycanı sevməyən, düşmən, erməni lobbisinin maraqlarına xidmət edən Əli Kərimli ortalığa düşüb, görüləcək işlərə beynəlxalq aləmdə xələl gətirib, gözdən salmaq üçün ən alçaq hərəktələrə əl atmaqdan belə çəkinmir. O, bilərkdən, məqsədyönlü şəkildə qanunsuzluğa əl ataraq, hətta özünə qarşı zorən fiziki zorakılıq tətbiq etdirməyə sövq etdirməkə öz çirkin və məkrli niyyətinə nail olmağa çalışır. Amma xalqımız müdrikdir və belə şəxslərin niyyətlərini yaxşı bilir, onlara dəstək vermir. Düşünürəm ki, dövlətini sevən, Prezidentimizin qayğı və diqqətini gündəlik həyatında hiss edən milyonlarla insanının səbri bir gün tükənəcək və ona özü layiqli cavabını verəcək. Onsuz da öz hərəkətləri ilə bunu edirlər. Xalq ölkədə xaos yaratmaq istəyən şəxslərin arzularını gözündə qoyacaq.
Bu gün Azərbaycanda gərgin zəhmət və mücadilə nəticəsində yaradılan sabitliyin pozulmasına, dünyanı bürümüş gərginlik və xaosun ölkəmizdə yaranmasına imkan verməyəcək.
Ona görə ki, onlar Azərbaycanın hüquqi dövlət olduğunu, demokratik dəyərlərə sadiq qaldığını, insan hüquq və azalıqlarının yüksək səviyyədə qorunduğunu, söz, mətbuat azadlığının mövcud olduğunu yaxşı bilir və görür”.
O əlavə edib ki, axı sənin ağalarının ayrı-ayrı ölkələrə ixrac etdiyi “demokratiya” o ölkələri viran qoyub:
“Ancaq ölkəmiz məhz rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyevin ağıllı, uzaqgörən və cəsarətli siyasəti nəticəsində, onu sevən, güvənən xalqımızdan güc alaraq Azərbaycanı sabitlik adasına çevirib. “Bütün bunları görməmək artıq bir insanın öz Vətəninə düşmən münasibətinin göstəricisidir. Bunun da bir adı var və onun da adı xəyanətdir.
Bu gün torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyona yaxın məcburi köçkünün olmasına baxmayaraq, ölkədə sosial problemlərin həlli üçün ardıcıl islahatlar aparılır. Ən əsası da Qarabağımızın azad olunması üçün ordumuz gücləndirilir. Bu problemin həll olunmasına əngəl olan məhz sənin ağalarındır. Elə Azərbaycan da bir hadisə baş verən kimi hay-küy salırlar. Necə ki, biz bunun şahidi olmaqdayıq. Ancaq onlar öz gözlərindəki tiri görmürlər. Bax, bu bir daha ölkəmizə qarşı bəslənən ikili münasibətin göstəricisidir. Bir Azərbaycan vətəndaşı olaraq insanları belə məqamlarda daha həssas olmağa, dövlətçiliymizə və sabitliyimizə qarşı yönələn cəhdlərin qarşısını almalıyıq”.


